Necə sifariş verə bilərəm?
Saytdakı “Sifariş Et” düyməsinə basıb WhatsApp-da yazın və ya ana səhifədəki formanı doldurun. Təhsil, iş təcrübəsi və hədəf vəzifə barədə qısa məlumat göndərməyiniz kifayətdir, qalanını komandamız aydınlaşdırır.
CV nə qədər vaxta hazır olur?
Adətən bir iş günü ərzində. Mürəkkəb və ya təcili sifarişlər üçün müddəti sifariş zamanı dəqiqləşdiririk.
Qiymət nə qədərdir?
Qiymət xidmətin növündən (yeni CV, mövcud CV-nin yenilənməsi, LinkedIn və s.) asılıdır.
Xidmətlərimiz səhifəsinə baxın və ya WhatsApp-la yazın — qiyməti öncədən deyirik.
ATS uyğun CV nə deməkdir?
Bir çox şirkət CV-ləri əvvəlcə ATS (müraciət izləmə sistemi) adlı proqramla süzür. ATS uyğun CV bu proqramın oxuya biləcəyi sadə strukturda və vakansiyanın açar sözlərini özündə saxlayan şəkildə hazırlanır. CV-nizin vəziyyətini pulsuz
ATS yoxlaması ilə görə bilərsiniz.
Mövcud CV-mi yeniləyə bilərsiniz?
Bəli. CV-nizi göndərin, strukturunu, məzmununu və dizaynını gücləndirib geri qaytarırıq. Əvvəlcə hansı problemlərin olduğunu pulsuz ATS yoxlaması ilə də öyrənə bilərsiniz.
İngilis dilində CV hazırlayırsınız?
Bəli, həm Azərbaycan, həm ingilis dilində CV hazırlanır. Beynəlxalq vakansiyalar üçün ingilis dilində CV-nin qaydaları barədə
məqalələrimizə də baxa bilərsiniz.
Pulsuz ATS yoxlaması və AI müsahibə alətləri necə işləyir?
ATS yoxlamasında CV-niz serverə göndərilmir — fayl brauzerinizdə oxunur. “AI ilə dərin analiz” düyməsini basdıqda və ya AI müsahibə simulyatorundan istifadə etdikdə mətn Google Gemini xidmətinə göndərilir. Ətraflı:
Məxfilik siyasəti.
Şəxsi məlumatlarım qorunur?
Göndərdiyiniz məlumatlar yalnız sifarişinizi yerinə yetirmək üçün istifadə olunur və üçüncü tərəflərə satılmır. Ətraflı məlumat
Məxfilik siyasətində.
Vakansiya tapmağa kömək edirsiniz?
Saytdakı
Vakansiyalar bölməsində aktual elanlar yerləşdirilir. Vakansiyanıza uyğun CV və motivasiya məktubu hazırlaya bilərik.