Son yenilənmə: 6 noyabr 2026
1. Topladığımız məlumatlar
- Əlaqə forması və WhatsApp: adınız, telefon nömrəniz, seçdiyiniz xidmət və yazdığınız qısa mesaj. Bu məlumatlar sizinlə əlaqə saxlamaq və sifarişi yerinə yetirmək üçün istifadə olunur.
- Anonim statistika: hansı səhifələrə baxıldığı və hansı düymələrə basıldığı. Bunun üçün brauzerinizdə təsadüfi ziyarətçi identifikatoru saxlanılır; ad və ya telefonla əlaqələndirilmir.
- Brauzer yaddaşı: seçdiyiniz tema (açıq/tünd) cihazınızda saxlanılır.
- AI alətlərinin limiti: sui-istifadənin qarşısını almaq üçün günlük sorğu sayı IP ünvanı üzrə hesablanır və qısa müddət saxlanılır.
2. Pulsuz alətlərdə məlumatlarınız
- ATS CV yoxlaması: faylınız brauzerinizdə oxunur və əsas yoxlama serverə göndərilmir.
- “AI ilə dərin analiz” düyməsi və AI müsahibə simulyatoru: bu düymələrdən istifadə etdikdə CV mətni və ya yazdığınız cavablar analiz üçün Google Gemini xidmətinə göndərilir. Biz bu mətnləri öz bazamızda saxlamırıq. Həssas məlumatları (şəxsiyyət vəsiqəsi nömrəsi, ünvan və s.) bu alətlərə yazmamağı tövsiyə edirik.
3. Məlumatların paylaşılması
Məlumatlarınız satılmır. Yalnız xidməti göstərmək üçün zəruri olan hallarda (məsələn, WhatsApp və AI xidməti təchizatçısı) üçüncü tərəflərin xidmətlərindən istifadə olunur.
4. Saxlanma müddəti və silinmə
Əlaqə məlumatları sifariş və əlaqə məqsədi üçün lazım olduğu müddətdə saxlanılır. Məlumatlarınızın silinməsini istəsəniz, aşağıdakı e-poçt və ya WhatsApp vasitəsilə müraciət edin.
5. Əlaqə
Suallarınız üçün: hr@cvhazirlama.ru və ya WhatsApp: +994 55 634 91 01.