Aqrar Sığorta Fondu təcrübə proqramına qeydiyyat başlayıb

Aqrar Sığorta Fondu təcrübə proqramına qeydiyyat başlayıb


Aqrar Sığorta Fondu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş təcrübə proqramına qeydiyyat başlamışdır.

Ulu Öndər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

Aqrar Sığorta Fondu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gələcəyin aqrar sığortaçıları“ adlı təcrübə proqramına qeydiyyat başlamışdır.

Seçim mərhələsini uğurla keçən iştirakçılar 1 həftə davam edəcək təcrübə proqramı müddətində Fondun peşəkar əməkdaşları tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək nəzəri biliklərə yiyələnəcək, heyvandarlıq və bitkiçilik sahələrini ziyarət edib real öyrəndiklərini real iş mühiti ilə tanış olacaq və təcrübəni təsdiq edən sertifikat əldə edəcəklər.

Təcrübə proqramında iştirak üçün tələblər:

-Universitetlərin 3 və 4-cü kurs tələbələri iştirak edə bilər;

-Ofis proqramları üzrə biliklər;

-Yüksək ünsiyyətqurma bacarığı;

- Öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər;

-Kritik düşünmə bacarığı;

-Komandada işləmək bacarığı.

Proqrama qoşulmaq istəyən tələbələr 29 may 2023-cü il tarixinə kimi CV-lərini mövzu hissədə " Gələcəyin aqrar sığortaçıları" qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.