Kapital Bank namizədləri İT İnfrastruktur Departamentində Bizdən Biri Təcrübə Proqramına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Bankın infrastrukturunda istifadə olunan proqram təminatlarını dəstəkləmək;
• Bankın komputer və digər avadanlıqlarının dəstəklənməsini təmin etmək;
• Bankda istifadə edilən poçt və servisləri sazlamaq və onların monitorinqini aparmaq;
• Sistem resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq;
• Bankın sistemlərində mövcud olan problemlərin aradan qaldırılmasında iştirak etmək;
• Mövcud biznes proseslərin və istifadə olunan məlumatların vaxtaşırı təsnifləşdirilməsini həyata keçirmək;
• Şöbə rəisi tərəfindən ona həvalə edilmiş digər öhdəlikləri yerinə yetirmək;
• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.
Tələblər
• Ali təhsil;
• Texniki biliklər (Sadə əməliyyat sistemləri, PC, notebook, şəbəkə avadınlıqlarını bilmək, periferik qurğular haqqında məlumatlı olmaq və s.)
• Əla səviyyədə Azərbaycan, Rus və ya İngilis dili biliyi;
• Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığının olması;
• Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı;
• Məsuliyyətli olmaq, topladığı təcrübəni bölüşmək bacarığı;
• Komandada işləmək bacarığı.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyatdan keçərək və ya mövzu hissəsində "HelpDesk" yazıb [email protected] e-mail ünvanına göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.
Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.