“AFB BANK” ASC təcrübə proqramına start verir!
Layihə Cəmiyyətimizin gələcəyi olan savadlı və özünə güvənən gəncləri, Azərbaycanda və xarici ölkələrdə təhsil alan tələbələri “AFB Bank”-da dəyərləndirmək, potensiallı gənclərin komandamıza qatılmasına nail olmaq məqsədi daşıyır.
Layihə çərçivəsində 3 ay müddətində təcrübəçilər Bankın fərqli, əsasən də müştəri xidməti strukturlarında təcrübə keçəcək, təcrübə müddətini uğurla başa vuran gənclərin hər birinə Bank tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə təqdim ediləcəkdir.
Qeyd edək ki, Təcrübə proqramının sonunda yaxşı nəticələr göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək.
Təcrübə proqramına kimlər müraciət edə bilər?
Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcəkdir.
Təcrübəçilərə Bankda nəzəri təlimlər keçiriləcək, müxtəlif istiqamətlər üzrə məlumat veriləcək və gündəlik iş prosesində onların iştirakı təmin ediləcəkdir.
Siz də bizim komandaya qoşulmaq və bizimlə karyeranıza başlamaq istəyirsinizsə CV-lərinizin mövzu sətrində “Təcrübəçi” qeydi edərək [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.