Abşeron Logistika Mərkəzi ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMI elan edir.
Abşeron Logistika Mərkəzi özünəgüvənən, yüksək təqdimat və inandırma bacarığı olan maliyyə, təhlil və məlumatlarla iş sahələrində karyera qurmaq istəyən, universiteti yeni bitirmiş məzunlar, dinamik gənclər üçün ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMI elan edir. Bu proqramda iştirak etməklə, Siz logistika sahəsi üzrə yeni bilik və bacarıqlara yiyələnmək şansı əldə edəcəksiniz.
Sizə nə təklif edirik?
- Regionun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı
- Yüksək komanda ruhunda əməkdaşlıq
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları
- Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit
- Seçiminizə müvafiq olaraq aşağıdakı sahələrdən birində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək
Təcrübə proqramının əhatə etdiyi sahələr:
- Təhlil-analitika
- Logistika əməliyyatları
- Müştərilərlə iş
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
- Ali təhsil
- Azərbaycan və Rus dilləri əla səviyyədə
- Fikrini dəqiq, dolğun və özünə əminliklə izah etmək
- Gülərüzlülük, səliqəlilik və xoş görkəm
- Təhlil aparmaq, analitik düşünmə bacarığı
- Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı
- Yüksək araşdırma və tədqiqat bacarığı
- Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə böyümək arzusu
- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı
- Görüş və təqdimatlarda iştirak
- Dövri hesabatların hazırlanması və təqdim edilməsi
Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi 24 mart 2023-cü il tarixinədək [email protected] ünvanına, mövzu hissəsində seçdiyiniz istiqamət üzrə “Təcrübə proqramı – müştərilərlə iş”; “Təcrübə proqramı – təhlil”; “Təcrübə proqramı – logistika” yazmaqla göndərməyiniz xahiş olunur.
Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.