Gənclər və İdman Nazirliyi işə qəbul elan edir
Gənclər və İdman Nazirliyi Sabunçu “Gənclər evi” sosial xidmət müəssisəsinin rəhbər vəzifəsinə sənəd qəbulu elan edir.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
- ali təhsil;
- gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;
- yaş həddi 35-dək;
- minimum 1 xarici dil bilmək
- idarəetmə, kommunikasiya, təşkilatçılıq, təşəbbüskarlıq kimi davranış və texniki bacarıqlara sahib olmaq.
Təqdim ediləcək sənədlər:
- CV foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında diplomun surəti (xaricdə təhsil alan şəxslər diplomun nostrifikasiya sənədini də əlavə etməlidir)
Müsahibə proqramı və qulluq funksiyaları barədə ətraflı linkdən tanış ola bilərsiniz:
Müsahibə zamanı namizədin bacarıqları müxtəlif situasiya sualları və testlərlə yoxlanıla bilər.
Sənədlər 6 yanvar 2023-cü il tarixədək elektron formada [email protected] ünvanına göndərilməlidir.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaq.
Müraciət etdiyiniz vəzifənin adı və yeri “mövzu” bölməsində qeyd edilməlidir.
Ünvan: Bakı, AZ1072, Olimpiya küçəsi, 4
Əlavə suallar üçün: (012) 465 65 72
Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.