Ödənişli Təcrübə Proqramı

Ödənişli Təcrübə Proqramı

“Güvənli” MMC və “Lombardcini” MMC Bakı şəhəri və Gəncə, Quba, Xaçmaz, Lənkəran, Bərdə, Beyləqan, Tərtər, İmişli, Cəlilabad bölgə filialları üzrə Ödənişli Təcrübə Proqramı elan edir!

“Lombardcini” MMC və “Lombardcini” MMC Azərbaycanın ən sürətli inkişaf edən və daim müştərilərinin məmnuniyyətini qazanmış kredit təşkilatı olmaqla yanaşı, gənclərin inkişafı üçün də daim yeni addımlar atmaqdadır. Şirkət xüsusən universiteti bakalavr və magistr dərəcəsi üzrə son 3 il ərzində bitirmiş məzunlar və ya hazırda magistratura pilləsi üzrə təhsil alan gənclər üçün 3 aylıq Ödənişli Təcrübə Proqramı elan edir!

Təcrübə Proqramı məzunlara təhsil zamanı öyrəndikləri nəzəri bilikləri peşəkar iş həyatında tətbiq edərək praktiki biliklərə sahib olmaları, korporativ mühit və biznes prosesləri ilə yaxından tanış olmaları üçün şərait yaradır və eyni zamanda təşkilatın peşəkar təlimçilərindən mentor dəstəyi almaq fürsəti verir.

Vakansiya haqqında ümumi məlumat:
1.     Təşkilatın kredit məhsullarını təbliğ etmək və müştəriləri cəlb etmək;
2.     Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə ətraflı məlumat vermək;
3.     Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
4.     Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;

Öhdəliklər:
·        Təlimlərdə aktiv iştirak etmək;
·        Təlimlərdə keçilənləri mənimsəmək və öz işində tıtbiq etmək;
·        Təlimçi və mentorla interaktiv işləmək.

Namizədə olan ilkin tələblər:
·        Ali təhsil müəssisəsini son 3 ildə bitirmiş olmalı;
·        Analitik zəka, müştərilərlə işləmək bacarığı;
·        Riyazi hesablama aparmaq qabiliyyəti;
·        Satış bacarığına malik olmaq;
·        Komanda ilə işləmək bacarığı;
·        Pozitiv ünsiyyət bacarığı
·        Microsoft Office proqramları ilə işləmək bacarığı;

İş şəraiti və təminatlar:
1.     Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
2.     Bank kartı ilə aylıq ödəniş;
3.     Maaşdan əlavə bonuslar;
4.     Karyera yüksəlişi.

İş qrafiki:
·        Həftə içi 6 gün;
·        İş saatı: saat 09:00-dan 17:00-a, şənbə günü 10:00-16:00
Təcrübə proqramını uğurla başa vuran hər bir namizəd təşkilatımızda işlə təmin olunacaq.
 
Qeyd olunan tələblərə uyğun olan namizədlər aşağıdakı linkə daxil olaraq öz məlumatlarını daxil edib online şəkildə müraciət edə bilərlər:
https://lnkd.in/dRxBFFH9   

Və ya mövzu hissəsində “Kredit Mütəxəssisi üzrə Təcrübəçi – Regionun adı” qeyd edərək öz CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər.

Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.