Abşeron Logistika Mərkəzi araşdırma aparmağı sevən, özünəgüvənən, beynəlxalq və yerli yükdaşıma əməliyyatları sahəsində karyera qurmaq istəyən, universiteti yeni bitirmiş, dinamik, vaxtını idarə etməyi bacaran gənclər üçün ÖDƏNİŞLİ TƏCRÜBƏ(Maaşlı ) PROQRAMI elan edir.
Bu proqramda iştirak etməklə, Siz logistika sahəsində yeni bilik və bacarıqlara yiyələnərək proqramın sonunda işəqəbul şansı əldə edəcəksiniz.
Sizə nə təklif edirik?
• Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
• Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
• Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
• Ali təhsil;
• Azərbaycan dili əla səviyyədə, Rus dili mütləqdir;
• MS Office proqramlarında iş bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
• Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?
• Məlumat bazası ilə işləmək, məlumat bazasını formalaşdırmaq;
• Müştəri yüklərinin, vaqon məlumatlarının yerində yoxlanılmasında iştirak;
• Müştəri yüklərinin, vaqon məlumatlarının proqrama işlənməsində iştirak;
• Sənədlərin sistem üzrə arxivləşdirilməsi.
Peşəkar komandamıza qoşulmaq və karyera yüksəlişinizi Mərkəzimizin inkişafı ilə birgə əldə etmək istəyirsinizsə CV-nizi 18 oktyabr 2024-cü il tarixinədək [email protected] ünvanına, mövzu hissəsində “Ödənişli təcrübə proqramı” yazmaqla göndərməyiniz xahiş olunur.
Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.