“PAŞA Kapital” təcrübə proqramı

“PAŞA Kapital” aşağıda qeyd olunan vakansiyalar üzrə təcrübə proqramı elan edir!



Əməliyyat şöbəsi / Müştəri xidmətləri (Onboarding);
Əməliyyat şöbəsi / Hesabatlıq;
Hüquq, Komplayens və AML şöbəsi / Hüquq;
Vasitəçilik və Ticarət departamenti / Yerli Vasitəçilik;
Vasitəçilik və Ticarət departamenti / Xarici Vasitəçilik.

Təcrübə proqramı 2024-cü ilin iyul - avqust aylarında həyata keçiriləcək, yalnız İqtisadiyyat, Maliyyə və Biznesin Təşkili ixtisas yönümlü 4-cü kurs bakalavr məzunlarına, magistr və ya MBA pilləsində təhsil alan tələbələrə şamil olunacaqdır.

Təcrübə proqramından nələri qazanacaqsınız?


PAŞA Kapital təcrübə proqramına qatılmaqla, siz ölkənin lider investisiya şirkətində yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə nəzəri biliklərinizi artıracaq, həmçinin praktik vərdişlərə sahib olacaqsınız;
Müvafiq sahələr üzrə layihələrə töhfə vermək, yeni təklifləri komanda ilə birlikdə müzakirə edərək həyata keçirmək, bununla yanaşı texniki və fərdi bacarıqlarınızı inkişaf etdirmək imkanı əldə edəcəksiniz.
İştirakçılar təcrübə proqramının sonunda sertifikatla təltif olunacaq və seçilmiş namizədlər vakansiyalar üzrə tələb olunan şərtlərə cavab verdiyi halda işlə təmin oluna biləcəklər.

Maraqlanan şəxslər elektron məktub başlığında müraciət etmək istədiyi vakansiyanın adını qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.