Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) önəmli təhsil, enerji, nəqliyyat və investisiya layihələrinin maliyyələşdirilməsində fəal iştirak etməklə, ölkədə neft və qaz kapitalının insan kapitalına çevrilməsi siyasətinə öz töhfəsini verməkdədir. Xüsusən gənc kadrların potensialını yüksək dəyərləndirən ARDNF xüsusi istedadlı şəxslərin burada çalışması üçün çox əlverişli iş mühiti yaratmışdır.
Bu mənada, öncəlikli hədəfimiz, istedadları cəlb etmək, inkişaf etdirmək və əməkdaşlarımızın qarşılıqlı inam şəraitində birlikdə çalışacağı korporativ mədəniyyət qurmaqdır.
Bu məqsədlə, Fond təhsil müəssisələri tərəfindən təşkil olunan karyera sərgiləri və digər platformalarda fəal iştirak etməklə yanaşı, məzunlar üçün təcrübə proqramlarını həyata keçirir.
Təcrübə proqramlarının təşkili ilə bağlı uğurlu təcrübəmizi nəzərə alaraq, Fondda Yay Təcrübə Proqramının təşkili nəzərdə tutulmuşdur.
Real iş təcrübəsi qazanmaq üçün ARDNF ailəsinə qoşulmağa hazırsınız?
Yüksək ixtisaslı peşəkarlardan ibarət dinamik komandamız sizlərə maliyyə sahəsində ən çox tələb olunan yenilik və bacarıqları qazanmaq imkanı yaradır. Siz gündəlik real iş proseslərində iştirak edərək həm peşəkar , həm də şəxsi bacarıqlarınızı inkişaf etdirmək, eləcə də, praktiki təcrübə əldə etmək imkanı qazanacaqsınız.
Bakalavr, magistr, MBA dərəcələri üzrə təhsilini 2022 və 2023-cü illərdə başa vuran bütün yeni məzunlar, 3-cü və 4-cü kurs bakalavr, eləcə də ikinci kurs magistr və ya MBA dərəcələri üzrə təhsil alan yüksək akademik göstəricilərə malik məzun vətələbələri bu proqrama qoşulmağa dəvət edirik.
Tələblər:
Həm Azərbaycan, həm də ingilis dillərini mükəmməl bilmək (əlavə dilləri bilmək üstünlükdür).
MS Office proqramlarında, xüsusən, Excel və PowerPoint proqramlarında biliyə sahib olmaq mütləqdir (digər proqramlarda işləmək bacarığı üstünlükdür)
Tələblərə uyğun gələn namizədlər sahə ilə əlaqəli test imtahanında, keys həlli üzrə qrup müzakirəsində və fərdi müsahibə sessiyasında iştirak etməyə dəvət olunacaqlar. Bu mərhələlərlə bağlı daha ətraflı məlumat namizədlərə fərdi qaydada təqdim olunacaqdır.
Təcrübə proqramının keçirləcəyi departamentlər:
Struktur Bölmə | Təhsil |
---|---|
İnvestisiya departamenti | Biznesin idarə edilməsi, Maliyyə və ya İqtisadiyyat |
İnvestisiyalarda əməliyyatlar departamenti | Mühasibat uçotu və Hüquq |
Risklərin idarə edilməsi departamenti | Maliyyə, İqtisadiyyat və ya Riyaziyyat |
Enerji layihələri departamenti | Biznesin idarə edilməsi, Maliyyə və ya İqtisadiyyat |
Büdcə və layihələr departamenti | İqtisadiyyat |
Mühasibat uçotu departamenti | Mühasibat, Audit və ya Maliyyə |
Hesablaşmalar departamenti | Mühasibatlıq, Bank işi və ya Maliyyə |
İnformasiya sistemləri və rəqəmsal əməliyyatlar departamenti | Kompüter elmləri, Kompüter mühəndisliyi və ya Tətbiqi riyaziyyat |
İnsan resursları departamenti | İnsan resursları və ya İctimaiyyətlə əlaqələr |
Satınalmaların idarəedilməsi departamenti | Biznesin idarə edilməsi, Hüquq, Maliyyə və ya İqtisadiyyat |
Hüquq şöbəsi | Hüquq |
İctimaiyyətlə əlaqələr şöbəsi | İctimaiyyətlə əlaqələr, Marketinq və ya Jurnalistika |
Proqramın müddəti 2024-cü ilin iyun-iyul aylarını əhatə edir (ödənişsiz)
Müraciətlərin qəbulu üçün son tarix: 2024-cü il 5 may
Müraciət etmək üçün aşağıdakı keçid üzrə müraciət etməyiniz xahiş olunur
Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.