"İrəliləyİŞ" layihəsi çərçivəsində “Rabitəbank” ASC, “Mikro kredit işçi” təcrübə proqramına start verir!
Uğurlu karyera qurmağınız üçün Sizi aramızda Rabitə qurmağa dəvət edirik!
Proqramda iştiraka dair tələblər:
o Ali təhsil (İqtisadi yönümlü olması arzuolunandır);
o Yüksək ünsiyyətqurma qabiliyyəti;
o Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
o Təşəbbüskarlıq və yenilikləri öyrənmə qabiliyyəti;
o Satış qabiliyyətinin olması;
o İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı;
o Müştəriyönümlülük, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti.
İlkin seçim prosesindən uğurla keçən uyğun namizədlər İQ test mərhələsinə keçid etmiş olacaq.
İQ test nəticəsi 60%-dən yuxarı olan namizədlər müsahibə mərhələsinə keçid almaq şansı qazanacaqlar!
Müsahibə zamanı namizədlər komissiya üzvləri tərəfindən 5 ballıq sistem üzrə qiymətləndiriləcək, ümümi balı 4 və daha yüksək olan namizədlər növbəti mərhələyə buraxılacaqdır.
Əgər səndə özünü uyğun namizədlər içərisində görürsənsə müraciət etməyə tələs!
Bu proqram Sizə nələr qazandıracaq?
o Müştəri xidməti sahəsi ilə tanışlıq və işin öyrədilməsi;
o Mikro kredit məhsulları və xidmət satışının həyata keçirilməsinin öyrədilməsi;
o Aktiv marketinq təbliğatının aparılması və potensial biznes müştərilərinin axtarışı;
o Müştərilərin və tələb olunduğu halda zaminlərin biznes fəaliyyətini təhlil etmək;
o Qayda və prosedurlara əsasən tərtib edilmiş sənədləri təstiqə təqdim etmək;
o Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq.
o Bankın peşəkar əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak;
o Təcrübəni uğurla başa vurmuş təcrübəçilər aktiv vakansiyalar üzrə dəyərləndiriləcəklər.
Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.