Kapital Bank öyrənməyə açıq, təşəbbüskar, yenilikçi, motivasiyalı və həvəsli gənclər üçün yaratdığı Bizdən Biri Təcrübə proqramına start verdi!
Proqram sizə nələr qazandıracaq:
· Bank sahəsində peşəkarlarla ünsiyyətdə olmaq və onlardan öyrənmək;
· Ölkənin Birinci bankında maliyyə, təhlil, satış üzrə biliklərə yiyələnmək;
· Fürsət və yeniliklər dolu bir mühitdə işləmək imkanı;
· Təcrübə sonrası bankda rəsmi işə başlama imkanı;
· Məsafədən (remote) işləmə imkanı;
Proqrama kimlər müraciət edə bilər:
· Maliyyə/iqtisadiyyat ixtisasların məzunları, daha öncə satış üzrə təcrübələrdə iştirak edənlər, başlanğıc və bir üst biliklərə sahib olanlar;
· Motivasiyası yüksək olanlar, yeniliklərə açıq və dinamikanı sevənlər.
·
· Ali təhsil;
· Səlis azərbaycan dili (rus dili və ingilis dili arzuolunandır);
· Microsoft Office proqramları üzrə biliklər;
· Online satış və mikro satışlar üzrə biliklər arzuolunandır;
· Məsuliyyətlilik, dəqiqlik və operativlik;
· Təzyiq altında işləmə qabiliyyəti;
· Qərar qəbul etmə bacarığı;
· Kollektivdə işləmə bacarığı;
· Müştərilərlə ünsiyyət qurma qabiliyyəti.
Son müraciət tarixi: 09 Mart 2024
Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.