Təşkilati İnkişaf şöbəsində təcrübə proqramı

İnsan Kapitalının idarə olunması departamenti - Təşkilati İnkişaf şöbəsi

Son 3 ildə AzInTelecom MMC-də 150-dən çox ödənişli təcrübəçinin fərqli departamentlərə cəlb edilməsi və onların 50-dən çoxunun hazırda fərqli vəzifələrdə çalışması, onların araşdırma, öyrənmə, tətbiqetmə, yeniliklərə açıq olma baxımından ciddi və yaxşı mənada fərqli olduqlarını bizə göstərmiş oldu.

Hazırda əmək bazarında İnsan resursları istiqamətində əmək münasibətləri və əməliyyat işləri ilə məşğul olanların sayı kifayət qədər çox, performans idarəetmə, təlim inkişaf istiqamətli resurslar çox az və olanların da əksəriyyəti nəzəri olaraq bilikli amma real mühit tətbiqində problemli.... bu istiqamətdə işinin peşəkarları da var 

Qeyd edilənləri nəzərə alaraq axtarırıq:
 Performans idarəetmə istiqamətinə həvəsli olanlar
 Araşdırma bacarığı olanlar
 Hədəflərin kaskadlanmasını öyrənməyə marağı olanlar
 Hədəfləri təyin edərkən "Balanced Scorecard" prinsiplərini tətbiq etməyin necə olduğunu görməyə istəkli olanlar
Performans idarəetmə işlərinin (kpi və onların dəyərləndirilməsi) online platformada tətbiq etməyə həvəsi olanlar
 Fərqli departamentlərin biznes proseslərini araşdıraraq hədəf seçimində onlara yardımçı olmağa həvəsi olanlar
 Hədəflərə aylıq baxışların necə aparılmasını və illik dəyərləndirmənin necə sonlanmasını görmək istəyənlər
 Periodik daxili sorğuların necə hazırlanmasını, 360 dərəcə dəyərləndirmə platformasının necə işləməsini görmək istəyənlər
 Hazırda İnsan Resurslarının fərqli istiqamətində çalışan, lakin təşkilati inkişaf istiqaməti üçün həvəsli olanlar


Performans idarəetmə işlərinin qeyd edilən prinsiplərlə və rəqəmsal alətlərlə həyata keçirilməsi baxımından AzInTelecom-da bir neçə ildir davam edən və daim inkişaf etdirilən təcrübələmizi nəzərə alaraq, bu istiqamətə müəyyən bilik, lakin yüksək həvəsi olanları dəvət edirik. Həvəsli olmaq işin yarısıdır.

Maraqlananlar cv-lərini [email protected] mail ünvanına - təcrübəsi olmayanlar mövzu yerinə "Təşkilati inkişaf-təcrübəçi", təcrübəsi olanlar isə "Təşkilati inkişaf - ....(vəzifə adı)" qeyd edə bilərsiniz.

Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.