PashaPay şirkətində “Telesatış üzrə təcrübəçi”

Hal-hazırda PashaPay şirkətində “Telesatış üzrə təcrübəçi” vakansiyası aktivdir. 
Təcrübə müddəti ödənişlidir və əlavə olaraq satışlardan bonus qazanmaq imkanı mövcuddur. 
Kommunikasiya bacarıqlarınız yüksəkdirsə və aşağıdaki tələblərə uyğun gəlirsinizsə öz CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. 

P.S. mövzu hissəsində vakansiyanın adını qeyd etməyi unutmayın. 

Tələblər: 

Ali təhsil; 
Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür); 
Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli  və özünü təkmilləşdirməyə meyilli olmaq; 
Ünsiyyət  və inandırma bacarığının olması; 
Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq; 
Hədəf yönümlü olmaq; 
Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq; 
Satış sahəsi üzrə karyera qurmağı planlamaq. 

Vəzifə öhdəlikləri: 

Bazadakı müştərilərə zənglər etmək; 
Qoyulmuş satış hədəfləri çərçivəsində şirkətin mövcud məhsul və xidmətlərinin satışını həyata keçirmək, müştəri ehtiyaclarını müəyyənləşdirmək; 
Müştərinin tələb və ehtiyaclarının komanda daxilində digər bölmələrə ötürülməsini təmin etmək və yeni təkliflər yaratmaq; 
Yerinə yetirilmiş işlər barəsində hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi. 

Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.