" A+CO” ASC Maliyyə Departamentinə ödənişli təcrübə proqramı elan edir.
Universiteti yeni bitirmiş şəxslər və ya Maliyyə sahəsində təcrübə keçmək istəyən şəxslər müraciət edə bilərlər.
Tələblər:
• Ali təhsil ( Maliyyə, Mühasibat Uçotu və Audit və s.)
• Riyazi biliklər və məntiqi təfəkkür;
• Ofis proqramlarını orta səviyyədə bilmə;
• Təşəbbüskar və məsuliyyətli olma;
• Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
• Özünü inkişafa meyillilik;
• Komandada işləmə bacarığı;
• Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti;
• Punktual və nizam-intizamlı.
İş şəraiti:
• İş yeri: Xırdalan şəhəri
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar Şirkət tərəfindən təmin olunur;
• 20 Yanvar metrosundan servis xidməti ilə təmin olunur;
•
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təcrübəçi” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.