İşsiz namizədin istənilən təklifi qəbul etməyə hazır olacağına dair ümumi bir yanlış fikir var. Müəyyən mənada bu, həqiqətən də belədir. Uzun müddət #işsiz qalan, #maliyyə ehtiyatı tükənmiş və müsbət cash flow əldə etmək istəyən #namizəd məcburdur ki, mümkün təklifə “hə” desin.
İşəgötürənlər də vəziyyətdən sui-istifadə etməyə və maaşlara qənaət etməyə, ”işçidən kəsməyə” meyl edirlər. Xüsusilə #grading və daxili siyasətin olmadığı bəzi yerli şirkətlər üçün bu necə deyərlər, əyləncədir.
Ancaq ki, bu jetonun iki üzü var ))
Birincisi, işçi, belə yanaşma ilə alçaldılır, bunu göstərməsə belə inciklik qalır və bu həmkarları və rəhbəri ilə münasibətlərə təsir göstərir.
İkincisi, #işçi işə yeni başlamasına baxmayaraq haqlı olaraq başqa #iş yeri axtarmağa davam edir. Yəni, işlədiyi şirkətə ayaq altlığı / tramplin kimi baxır.
Üçüncüsü, işçinin görəcəyi işin effektivliyi əvvəldən azdır, çünki, nəticəyə yönümlü #motivasiya ilkin olaraq aşağıdır.
Düşünürəm ki, belə situasiyada namizədlə #əmək haqqı şərtlərini müzakirə edərkən onun hazırkı vəziyyəti ilə bağlı fikirləri kənara qoyub onunla kompetensiyalara uyğun və işi varmış kimi danışıqlar aparmaq doğrudur, etikdir. Bu yanaşma uzunmüddətli və sağlam əlaqələr üçün müsbət proqnoza malikdir.