Buta Traidinq MMC Export (xarici satış), Satınalma və Logistika Şöbələrində təcrübə keçib praktiki biliklərə sahib olmaq istəyən yeni məzunları təcrübəyə dəvət edir.
Təcrübə proqramı üçün ümumi tələblər:
Təhsil: Ali təhsil
Dil biliyi: Səlis rus dili biliyi, upper intermediate ingilis dili biliyi
Komputer biliyi: Microsoft Office proqramlarında işləyə bilmə bacarığı
Yumşaq bacarıqlar: İnkişafa yönümlülük, öyrənməyə həvəsli olmaq, məsuliyyətlilik.
Biz Sizə təklif edirik:
3 aylıq təcrübə müddəti
5 günlük iş rejimi
Qeyd edək ki, Təcrübə proqramının sonunda müsbət nəticələr göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək.
Siz də bizim komandaya qoşulmaq və bizimlə karyeranıza başlamaq istəyirsinizsə, CV-lərinizin mövzu sətrində müraciət etmək istədiyiniz sahə üzrə “Təcrübəçi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.