Rəqəmsal gələcəyə uğurla addımlamaq üçün Azərbaycanın ən böyük texnoloji şirkətlərindən birində təcrübə keçmək üçün əla fürsət!
AzInTelecom aşağıdakı sahələr üzrə təcrübə keçmək və iş imkanları əldə etmək şansınız var:
Komplayns və risklərin idarə olunması
Mobil developer
Frontend developer
Backend developer
Software Tester
Satış
Məhsul və xidmətlər (Məhsul sahibi)
Marketinq
Müştərilərlə əlaqələr (Zəng mərkəzi)
Hüquq
Sənədlərə nəzarət (kargüzarlıq)
Elektrik mühəndisliyi və ya avtomatlaşdırma
Developer (C# və .Net üzrə)
Namizədlər üçün ilkin tələblər:
• Bakalavr və ya magistr dərəcələri üzrə sonuncu kurs tələbələri və yeni məzunlar;
• Təhsili yuxarıda qeyd olunan sahələrə uyğun ixtisaslar üzrə olan şəxslər;
Proqramı uğurla bitirən iştirakçılar şirkət tərəfindən iş təklifi almaq şansı əldə edəcəklər.
Müraciət üçün 20 iyul 2024-cü il tarixinədək [email protected] ünvanına CV və proqramda iştirak haqqında motivasiya məktubu göndərmək lazımdır. Müraciət edərkən mövzu bölməsinə mütləq qaydada “Təcrübə proqramı” və seçilən sahəni qeyd edin. (Məs: “Təcrübə proqramı”, Backend developer)
Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.