Bankımız “Korporativ Biznes üzrə təcrübə proqramı”nı elan edir. Gənclərin inkişafına xüsusi diqqət göstərən ABB ali təhsilini yeni bitirmiş gənclərə uğurlu karyera imkanları yaradır.
Namizədlər aşağıda sadalanan keyfiyyətlərə malik olmalıdırlar:
* Ali təhsilli (İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya riyaziyyat üzrə);
* Ofis proqramları sahəsində biliyə sahib;
* Yazılı və şifahi ünsiyyət bacarığına sahib;
* Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyətinə malik;
* Kollektivlə aktiv işləmək bacarığına sahib olan şəxsdir.
Təcrübə proqramını uğurla başa vuran gənclər iş ilə təmin olunacaqlar.
Elə indi, careers.abb-bank.az portalına keçid et, sən də ABB-li ol!
Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.