İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
 
- Ali təhsil;
 - Bank sahəsində minimum 1 il iş təcrübəsi;
 - Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı;
 - Ünsiyyət və komandada işləmək bacarığı;
 - MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
 - Məsuliyyətlilik, dəqiqlik və operativlik;
 - Problem həll etmə bacarığı.
 
İŞİN TƏSVİRİ:
 
- Məlumat Mərkəzinə daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
 - Müştərilərin bank, bank məhsulları, xidmətləri və əməliyyatları üzrə yaranan suallarını operativ, düzgün və səlis şəkildə cavablandırılması;
 - Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması;
 - Məlumat Mərkəzinə e-mail vasitəsilə daxil olan ərizə və ya şikayətlərin araşdırılması, aidiyyatı şöbəyə yönləndirilməsi və nəticə barədə müştərinin məlumatlandırılması;
 - Sosial şəbəkələrdə rəylərin və ismarıcların cavablandırılması;
 - Müştərilərin hesabları ilə bağlı müxtəlif əməliyyatların icra edilməsi.
 
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Məlumat Mərkəzi üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
                                Daha çox vakansiyalardan xəbardar olmaq üçün isveren.az saytını izləyin.